Natiq Cəfərli: "Özəl pensiya fondunun yaradılması ilə bazarda rəqabətli mühit yarana bilər”

İQTİSADİYYAT
16:43 / 12.01.2024
352

Azərbaycanda da özəl pensiya fondlarının yaradılması ilə bağlı layihə işləri aparılır.

Maraqlıdır, özəl pensiya fondlarının yaradılmasının nə kimi müsbət və mənfi təsiri olacaq? 

İqtisadçı Natiq Cəfərli Hit.az-a bildirib ki, yaradılan fondun necə fəaliyyət göstərəcəyi əsasnamə və sənədlər təsdiq olunandan sonra bəlli olacaq:

“Özəl təqaüd fondlarının yaradılması özü özlüyündə pozitiv bir qərardır. Bir çox sualların cavabı əsasnamə təsdiq olunandan sonra bilinəcək. Hansı şərtlərlə yaranacaq, hansı prinsiplər olacaq, necə qorunacaq, vətəndaşlara hansı üstünlüklər təklif olunacaq – bütün bunlar əsasnamə və sənədlər təsdiq olunandan sonra təsdiqlənəcək”.

İqtisadçı ümid edir ki, özəl pensiya fondunun yaradılması ilə bazarda rəqabətli mühit yarana bilər.

Sevinc

0