“Monella” MMC barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
192.1-i maddədə fiziki şəxslərin min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərin üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Anar