“Arfa-Aqro” cərimələnə bilər

İQTİSADİYYAT
18:56 / 15.01.2024
376

“Arfa-Aqro” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

496.1-ci maddəyə əsasən, fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Anar

0