Məhkəmə 20 nəfəri qanunsuz işlədən iş adamına cəza vermədi

İQTİSADİYYAT
22:07 / 15.01.2024
299

Bakıda məşhur restoranların sahibinə qarşı açılmış cinayət işi ilə bağlı məhkəməyə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Miror" restoranında yoxlama həyata keçriilib. 

Aparılan yoxlama zamanı restoranın sahibi, 1992-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuş Namidar Niftaliyev tərəfindən sözügedən restoranda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 20 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs həm də "Tural" şadlıq sarayının sahibidir. 

O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü başa çatanadək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 17 avqust 2023-cü il xidməti məktubundan müəyyən edilib ki, sahibkar "Miror" restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində xeyli məbləğdə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınıb və qabyuyan, xadimə, aşbaz, barmen və digərlər sahələrdə çalışan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamayıb. 

İşin istintaqı başa çatıdırılıb və Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərləri olmadığından cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

0