Daha bir şirkət xaricdən valyuta vəsaitini geri qaytarmamaqda ittiham olunur

İQTİSADİYYAT
22:00 / 16.01.2024
428

“Qubadoğlu” MMC cərimələnə bilər.

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. 

İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib. 

483-cü maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Anar

0