20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunmayacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, qanunvericiliyə əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir. Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.//Trend.az