"Foodcity Agropark" MMC məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətlə bağlı məhkəməyə Abbasov Elşən Vaqif oğlu müraciət edib.
Elşən Abbasov şirkətin əməkdaşı olub. Uzun müddət orada çalışsa da, əmək haqqını ala bilməyib. Bu səbəbdən şirkətə qarşı əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb.
İş Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatındadır.
Qeyd edək ki, nizamnamə kapitalı 59.611.067 manat, qanuni təmsilçisi Ağayev Anar Hidayət oğlu olan şirkət Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirir. Aqrokompleksdə həmçinin "Azorganica" MMC brendi altında yalnız orqanik məhsullar istehsal olunur. Həmin məhsullara meyvə şirələri, pasta və pürelər daxildir.