"Kreditin başqa bir şəxsin adına keçirilməsi üçün üçtərəfli müqavilə bağlanmalıdır.
Yəni, burada təkcə tərəflərin deyil, bankın da razılığı olmalıdır. Bank razılıq verməsə, bu, mümkün olmayacaq. Çünki bank krediti kimə veribsə, ona etibar edib, 3-cü tərəfə etibar etməyə də bilər.
Bankın bu prosedurdan imtina etmək hüququ var və bunu hər hansı səbəblə əsaslandırmaq məcburiyyətində deyil”.
Bu sözləri Hit.az-a şərhində bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. O qeyd edib ki, bu kimi hallarda hər 3 tərəfin, yəni krediti götürənin, krediti adına keçiriləcək şəxsin və bankın razılığı olmalıdır:
"Ümumiyyətlə, kreditin başqa bir şəxsin adına keçirilməsi hallarına praktikada çox az rast gəlinir və bu kimi müqavilələrin bağlanmasında hər hansı xüsusi şərtlər mövcud deyil. Bu tərəflərin özlərindən asılıdır".
Sevinc