“Binəqədi Oil Kompani” şirkətinin Azərbaycandakı fililalı Binəqədi Rayon İcra Hakimiyyətinin məhkəməyə verib.
Hit.az xəbər verir ki, şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Şirkət icra hakimiyyəti ilə yanaşı Biləcəri Bələdiyyəsi barəsində də iddia qaldırıb.
Torpaq mübahisələrindən ibarət olan bu iş isə hakim Orxan Həsənovun icraatındadır.
Anar