Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı

18:38 / 20.01.2024
316

2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14 % artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud 1 il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

0