Düyü qiymətləri bu qədər BAHALAŞACAQ

İQTİSADİYYAT
14:56 / 23.01.2024
562

Azərbaycana düyü idxalı artıb. 

Belə ki, 2023-cü ildə Azərbaycana dəyəri 50 milyon 085 min 61 ABŞ dolları dəyərində 54 min 591,65 ton düyü idxal edilib. 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu da 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə idxal olunan düyünün həcmində 8,6% çoxdur. Həmçinin, idxal olunan düyünün dəyərində də 1,1% (7 milyon 535 min dollar) artım qeydə alınıb. Bunun isə düyü qiymətində artıma səbəb olacağı deyilir. 

Ümumiyyətlə, yaxın zamanda Azərbaycanda düyünün qiyməti bahalaşa bilərmi?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, düyü qiymətləri bahalaşacaq:

342297
"Hazırda ölkəyə idxal olunan düyünün bir kiloqramının qiymətində ötən illə müqayisədə 8,6 faiz artım var. Amma nəzərə almaq lazımdır ki, düyünün bahalaşması keçən ilin ikinci yarısında daha sürətlə olub. 

Bütün bunların fonunda hesab edirəm ki, Azərbaycanda düyünün qiymətinin bahalaşması prosesi davam edəcək. Hətta bundan sonra düyünün bir kiloqramının ən azı 10 faizə qədər artacağı gözlənilə bilər".

Pərviz

0