Son zamanlar banklardan kredit götürən şəxslərin zamin məsələsi ilə bağlı kifayət qədər şikayətlər artıb.
Sosial şəbəkələrdə iddia edilir ki, bankdan kredit götürən şəxslərin bəziləri sənəddə kimisə zamin kimi göstərirlər, lakin həmin adam bu prosesdən qətiyyən xəbərsiz olur.
Sonda krediti götürən şəxs banka olan borcunu qaytarmayanda, banklar zaminə zəng edirlər.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-az a deyib ki, zamin zaminlik müqaviləsinə imza atmalıdır, sözügedən şəxslər isə zamin sayılmırlar:
“Müqaviləyə imza atan şəxs təsdiq edir ki, borc alan borcunu vaxtında tam verməyəcəksə, əvəzində mən verəcəyəm. Bu məsələ isə başqadır. Vətəndaşlar banka gedəndə onlardan əlaqə məlumatları soruşulur. Təkcə banklara yox, dövlət qurumlarına da gedəndə deyirlər ki, öz nömrənizdən başqa əlavə nömrə də verin. Yəni birdən səni tapmasam, həmin adamla əlaqə saxlayım. Bunu bank dərhal yoxlamalı deyil ki. Bu, sadəcə, ehtiyat nömrəsidir. Ehtiyat nömrəyə banklardan zəng edirlərsə, nömrənin sahibi deyir ki, mən zamin deyiləm. Hətta elə ola bilər ki, bankdan borc götürən şəxs ehtiyat nömrəsini heç özü də tanımır, yaxud münasibəti pis olan bir nəfərin nömrəsini banka təqdim edib. Ağlına gələn nömrəni də
banka verə bilər”.
Sevinc