Naxçıvanda işdən çıxarılan şöbə müdiri məhkəməyə üz tutdu

İQTİSADİYYAT
21:47 / 23.01.2024
261

Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhəri İcra Hakimiyyətinin bir neçə ay əvvəl işdən azad olunan şöbə müdiri məhkəməyə üz tutub. 

Qaynarinfo-nun məlumatına görə, ötən ilin sentyabr ayında icra hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılan İmanov Emin Əli oğlu işlədiyi qurumla bağlı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə şikayət edib. 

Sabiq məmur icra hakimiyyəti barəsində “İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər”lərlə bağlı iddia qaldırıb. İşə 06.03.2024-cü ildə hakim Hicran Muradovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən ilin noyabrın 17-də Mirsənani Seyidovun Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda icra başçısının səlahiyyətlərini İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Əhməd Zöhrab oğlu icra edir. 

0