Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi? - Rəsmi açıqlama

İQTİSADİYYAT
23:59 / 23.01.2024
350

Qeyri-qanunu sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa cərimə oluna bilərlər.

Bu barədə BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

Toğrul Nəsirli qeyd edib ki, bu məsələ Yol Hərəkəti Haqqında Qanunun 48-ci maddəsi ilə tənzimlənir:

“Orada yalnız əvvəlcədən razılaşdırlmış marşrut xəttində hərəkət edən, müvafiq dayanacaqlarda dayanıb sərnişin düşürüb, sərnişin götürən avtobuslardan söhbət gedir. Digər nəqliyyat vasitələrinin ora daxil olması yolverilməzdir. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunur.

Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər hallarda nəzərdə tutulmayan nəqiliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.

0