“Dokta” 8 min manat cərimələnə bilər

İQTİSADİYYAT
19:06 / 24.01.2024
312

“Dokta” MMC barəsində inzibati iş başlanıb.

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə ittiham edilir.

İşə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.
 
215.4-cü maddəyə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Anar

0