"Azərbaycanda 4 milyon yox, 2 milyon hektar əkinə yararlı torpaq sahəsi var. Həmin əkinə yararlı torpaqların təxminən dörddə biri, yəni 500 min hektara yaxını suvarılan torpaqlardır. Suvarılan torpaqların da təxminən yarısı, 250-300 min hektar arası torpaqlarımız normal suvarıla bilir. Yerdə qalan sahə isə normal suvarıla bilmir".
Bu sözləri Hit.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, əkin sahələrinin azalmasının bir neçə səbəbi var:
"Bu gün fermerlərin rentabelli məhsul yetişdirə bilməməsi ilə bağlıdır. Səbəblərdən biri də odur ki, dövlətin fermerlərə verdiyi subsidiya yetərli deyil. Ölkədə su təminatı normal deyil, ildən-ilə torpaqların böyük bir hissəsi şoranlaşaraq, əkin dövriyyəsindən çıxır. Ölkədə toxumçuluq seleksiya işi dövrü tələblərinə uyğun olaraq, qurulmayıb. Ona görə də fermerlər hər il müəyyən qədər əkin sahələrini dövriyyədən çıxarmaq məcburiyyətində qalırlar. Bu həm də pambıqçılıqla məşğul olan fermerlər ki var, onlar da son illə su çatışmazlığı üzündən pambıq əkininə son verdikləri üçün bu əkin sahələri də boş qədər artırıb".
Sevinc