“Baku Textile Company” cərimələnə bilər

İQTİSADİYYAT
18:16 / 25.01.2024
355

“Baku Textile Company” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0