“Naxçıvan Dəmir Yolları” MMC “Arkoz Travertin-Mərmər Zavodu” MMC-ni məhkəməyə verib.
Hit.az xəbər verir ki, “Naxçıvan Dəmir Yolları”nın iddiasına Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Elşən Salmanovun icraatındadır.
Fevralın 20-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti daşıma müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Anar