Milli valyuta ilə yerləşdirilən əmanətlərin həcmi niyə artıb?

İQTİSADİYYAT
19:20 / 30.01.2024
405

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 8,1 faiz artaraq , 2023-cü il dekabr ayının 1-də milli valyuta ekvivalentində 12,524 milyard manat təşkil edib. Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 4,8 faiz azalıb. 

Bu artım nə ilə bağlıdır?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, əmanətlərin artması ölkədə investisiya aletlerinin zəif olması ilə bağlıdır: 

"Əvvəllər pulu olan insanlar daşınmaz əmlak almağa üstünlük verirdi. Ancaq indi mənzillərin qiyməti kəllə çarxa çatıb. Bununla yanaşı, qiymətli kağız bazarı əvvəli səviyyədə deyil. Banka əmanət yerləşdirmək hazırda ən asandır".

Milli valyutada əmanətlərin artmasının səbəbinə gəlincə ekspert bildirdi ki, əmantlər üzrə faizin yüksək olması ilə bağlıdır. Milli valyutada illik 10-12 faiz hesablanır, ancaq xarici valyutada isə 1-2-dir. Həmçinin, milli valyuta üzrə əmanətlərin vergidən azad edilməsi statistikaya təsir edir.

Sevinc

0