Çörək yenidən 50 qəpik olacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT
11:28 / 31.01.2024
925

"Unun ucuzlaşması fonunda çörəyin də qiymətinin aşağı enməsi ehtimal oluna bilər".

Bunu iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib.

O bildirib ki, unun qiyməti pik həddən 30-35 faiz aşağı düşüb:

"Çörəyin qiyməti isə ən yuxarı həddindən 15 qəpik aşağı düşüb. Amma çörəyin maya dəyəri təkcə undan ibarət deyil. Buraya işçilik, daşıma və satış xərcləri də daxildir. Yəni xammal xərcləri çörəyin mayasının 40-50 faizini təşkil edir".

Lakin ekspert diqqətə çatdırıb ki, unun mayasında buğdanın dəyəri 90 faiz ətrafındadır:

342793

"Ona görə də buğdanın qiymətinin ucuzlaşması unun qiymətinin ucuzlaşmasına daha sürətli təsir göstərir. Çünki unda ümumi xərcin 90 faizi buğda ilə bağlıdır. Çörəkdə isə un xərci 40-50 faiz civarındadır. Bu baxımdan, çörəyin ucuzlaşma ehtimalı var".

Həmsöhbətimiz çörəyin qiymətinin 50 qəpiyə düşə biləcəyini istisna etməyib:

"Çörəyin qiymətində ucuzlaşma kiçik rəqəmlərdə ifadə oluna bilər. Nəzərə almaq lazımdır ki, son illərdə qeyri-xammal, işçilik və daşıma xərclərində bir qədər bahalaşma var. Üstəlik, son 2-3 ildə pulun dəyəri düşüb. 

Yəni sahibkarın xərcləri təkcə xammal materialından ibarət deyil. O, işçinin də maaşını artırmalıdır. Lakin unun qiymətinin ucuzlaşması və uzun müddət ucuz qalması çörəyin qiymətinin 55 qəpikdən 50 qəpiyə düşməsinə səbəb ola bilər". 

Pərviz

0