Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlandı

İQTİSADİYYAT
11:50 / 31.01.2024
367

2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur.

"O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb", - deyə sədr qeyd edib.

0