"Borclanma ilə bağlı siyasət ondan ibarətdir ki, xarici borcun payı azalsın, daxili borca daha çox üstünlük verilsin".
Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, daxili borc məbləğinin artması Mərkəzi Bank daxil olmaqla, bir sıra qurumlar tərəfindən istiqrazların dövriyyəyə buraxılması ilə bağlıdır:
"Nəzərə almaq lazımdır ki, 2023-cu ildə Mərkəzi Bankın hissədarçılarına tələbi artdı. Bu da istiqrazların dövriyyəsinin genişlənməsinə səbəb oldu. Təbii ki, bunların fonunda daxili borc məbləği artdı. Ümumiyyətlə, ölkənin iqtisadi siyasətinin əsas hədəfi xarici borcu azaltmaqdır.
Sevinc