Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, işçilərin əməkhaqları 25-30% endirilib.
Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər.
Faktı İqtisadiyyat.az-a Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.