“Azərsu” cərimələnə bilər

İQTİSADİYYAT
20:58 / 31.01.2024
437

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0