Elektromobillərin satışı kəskin azaldı - SƏBƏB 

İQTİSADİYYAT
10:22 / 01.02.2024
410

Almaniyada elektromobillərin satışları azalmağa davam edir. 

Hit.az xəbər verir ki, sözügedən ölkədə elektrikli avtomobillərin satışının 14 faiz azalacağı proqnozlaşdırılır.

Daha dəqiq desək, satışların 451 min ədəd həddinə düşməsi gözlənilir. Bu isə Almaniyada 8 il sonra ilk dəfə elektromobillərin satışının azalması deməkdir. Onu da əlavə edək ki, Almaniyanın Avropanın elektromobil bazarındakı payının da 18 faizdən 16 faizə qədər geriləməsi proqnozlaşdırılır. 

Buna səbəb Almaniyada elektromobillərin qiymətinin çox yüksək olması və enerji doldurma məntəqələrinin sayının azlığıdır. Həmçinin, oradakı əhalinin sözügedən avtomobillərə maraq göstərməməsi də bu göstəricinin ortaya çıxmasına gətirib çıxardı. Buna görə də bəzi firmalar Almaniyada yeni elektromobillərini satışa çıxarmağı təxirə saldı. 

Pərviz

0