Banklar keşbekləri azaldır: Səbəb NƏDİR? 

İQTİSADİYYAT
11:07 / 02.02.2024
594

Son günlərdə bankların keşbeklə bağlı atdığı addım diqqət çəkir. 

Belə ki, banklar bir-birinin ardınca kartlarındakı keşbek tariflərini azaltmağa başlayıblar. Hətta bu kampaniyanı tamamilə ləğv edənlər də var. Əlbəttə ki, bu da keşbek kartlarından faydalanan insanları məyus edib. 

Maraqlıdır, buna səbəb nədir? Banklar arasındakı keşbek rəqabəti nə üçün dayandı? 

342909

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, hər kampaniyanın bir hədəfi olur:

"Əsasən bankın müştərilərini, nağdsız hesablaşmaları artırmaq məqsədilə bu keşbek kampaniyalarından istifadə olunurdu. Görünür, hədəfə əsasən çatıblar. Üstəlik, burada rəqabət də olduğundan bir bankın tarifləri azaltması digərlərini də buna sövq edir. Ancaq düşünürəm ki, başqa məqsədlərlə fərqli kampaniyalar yenə olacaqdır. Rəqabət şəraitində bunlar qaçılmazdır".

Pərviz

0