"Caspian House" MMC məhkəməyə verildi

İQTİSADİYYAT
18:37 / 05.02.2024
400

“Paşa Bank” MMC “Caspian House” MMC-ni məhkəməyə verib.

Hit.az xəbər verir ki, bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

İş hakim Emin Əliyevin icraatındadır. 

Fevralın 29-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

İşin mahiyyəti kredit müqaviləsinə dair mübahisələrdən ibarətdir. 

Anar

0