“Met-AF”a qarşı inzibati xəta ittihamı

İQTİSADİYYAT
13:23 / 06.02.2024
418

“Met-AF” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Anar

0