“Demsun-AZ” şirkəti inzibati qaydada cəzalandırıla bilər

İQTİSADİYYAT
13:50 / 08.02.2024
311

“Demsun-AZ” MMC barəsində inzibati iş başlanıb.

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Anar

 

0