Bank maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR

İQTİSADİYYAT
12:35 / 11.02.2024
507
4 mart 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
 
HİT.az xəbər verir ki, hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb.
 
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:
 
 
Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin aşağıdakı hesabına köçürülməlidir.
 
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
 
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
"Azər-Türk Bank" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti 
 
Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcək:
 
 
Nəqliyyat vasitələrinə baxış həftənin cümə axşamı (4cü gün) günləri saat 14:30-dan 16:30-a dək aparılır. Hərracda qalib gəlməyən iştirakçılar behin geri qaytarılması üçün notarial qaydada təsdiq edilmiş ərizələri və şəxsiyyəti təsdiq edən sənədin surətini "Azər-Türk Bank" ASC-yə təqdim etməlidirlər. Göstərilən sənədlər hərrac keçirildiyi gündən sonrakı iş günündən etibarən qəbul ediləcəkdir.
 
0