2 manatlıq geyimlərin zərəri...

İQTİSADİYYAT
16:33 / 12.02.2024
271

Sosial şəbəkələrdə qiyməti iki manat olan geyimlərin satışı ilə bağlı elanlar paylaşılır. Ancaq ekspertlər bu tip geyimlərin satışının düzgün olmadığını və insan səhhətinə mənfi təsir etdiyini düşünür. 

Həkim dermatoloq Niga Musrafayeva Hit.az-a deyib ki, bu geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemlər yarada bilər:

“Həmin kimyəvi məhlullar dəriyə qıcıqlanma allergik reaksiyalar yarada bilər. Eyni zamanda bu tip geyimlər tam təmizlənməsə, dezinfeksiyadan keçməsə, dəri üçün müxtəlif xəstəliklər yarada bilər. Ən çox bunlardan rast gəldiyimiz demodeks, qoturluq gənələri, göbələk xəstəlikləri kimi xəstəlikləri sadalaya bilərik ki, xəstələr bu geyimlərdən sonra bizə müraciət edirlər”.

Həkimin sözlərinə görə,  bu cür geyimlər alınarsa, mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır. Əgər yuyulması mümkün olan geyimdirsə, xüsusi təmizləyici məhlullarla yuduqdan sonra geyinmək lazımdır. İç və uşaqlar üçün ikinci əl geyimləri almaq qətiyyən məsləhət deyil.

Sevinc

0