Azərbaycanda ev turizmi inkişaf edirmi?

İQTİSADİYYAT
17:00 / 13.02.2024
433

Turizm iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. İstirahət üçün regionlara üz tutan əcnəbi və yerli turistlər, qısa müddət də olsa, şəhərin səs-küyündən ayrılıb, kənd həyatını yaşamağı arzu edirlər.

Son vaxtlar rayonlarda, kəndlərdə evini turistlərə təklif edənlərin sayı artıb. Başqa sözlə, ev turizmi şəbəkəsi genişlənib.  

Ancaq son illər  rayonlarda evlərin qiyməti ötən illərlə müqayisədə artıb. Belə ki, İsmayıllı rayonunun dağ və dağətəyi kəndlərində 100-120 manatdan aşağı ev tapmaq mümkün deyil. Qəbələdə isə qiymət günlük 100-150 manat arasında dəyişir. 

Qeyd edək ki, bu qiymət fəsilə görə dəyişir.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a  bildirib ki, ev turizminin inkişaf etməməsinin əsas səbəbi turizm ənənələrinin olmamasıdır. Bu bazar tədricən formalaşır:

“Turistik bölgələrdə texnologiya da aşağı səviyyədədir. Ümumi götürsək, turizm sahəsində təklif az, xidmətin keyfiyyəti isə aşağıdır. Əhalinin turistik mədəniyyət ənənələrinin yeni formalaşması lazımi keyfiyyətin əsas götürülməsinə imkan vermir. İnsanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar”.

Sevinc

0