Azərbaycanda 48,5 milyonluq şirkət yenidən MTK-ya çevrildi

İQTİSADİYYAT
10:04 / 15.02.2024
509

"Hayat Park Residence" Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını yenidən dəyişməklə bağlı qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət təşkilati-hüquqi formasını dəyişərək Mənzil-Tikinti Kooperativinə (MTK) çevrildiyini elan edir.

Qeyd edək ki, “Hayat Park Residence” 2021-dək MTK olub, sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdi.

Şirkət 2013-cü ildə qövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Emil Baxşıyevdir. "Hayat Park Residence" 48 469 000 manat nizamnamə kapitalına sahibdir.

0