Aydın Hüseynov: "Hökumətin yeni qərarı pensiyaya çıxma hüququ olan vətəndaşların sayının artmasına səbəb olacaq'

İQTİSADİYYAT
19:33 / 15.02.2024
394

Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na müvafiq dəyişikliklərdən sonra pensiyaya çıxma hüququ olan vətəndaşların sırası genişlənəcək.

"Bəzi sosial kateqoriyalar üzrə pensiya yaşı aşağı düşəcək. Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər".


 Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Hit.az-a bildirib. 

Millət vəkili qeyd edib ki, siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcüd vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur. 

Ona görə də bu sahədə hüquqi tənzimlərəmlərə zərurət yaranmışdı.

Belə ki, müasir iqtisadi-sosial vəziyyət və əmək münasibətləri güzəştli şərtlərlə 5 il erkən pensiya hüququ verən peşə və vəzifələrin təkmillşdirilməsini meydana çıxarmıçşdı. Hazırda qüvvədə olan siyahı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir ki, bu, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edirdi. 

Həmin sahələrdə çalışanların əmək şəraiti digər sahələrə nisbətən daha çətin və ağırdır, ona görə də hökumət bu sahələrdə pensiya təyinatını yüngülləşdirməyə qərar verdi".

A.Hüseynov qeyd edib ki, dəyişliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirirlmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunubdur. 

Beləliklə, aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb. 

Beləliklə, həmin peşələri təmsil edən insanların əmək və sosial hüquqlarının yaxşılaşmasına səbəb olacaq".

Sevinc

0