“Feniks Polimer” MMC cərimələnə bilər.
Hit.az xəbər verir ki, şirkət barəsində inzibati iş başlanıb.
MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilir.
Anar