"Siyavuş Novruzov düz deyir, onun fikirləri ilə mən də razıyam".
Bunu Hit.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Milli Məclisin deputatı Siyavuş Novruzovun "ödənişli yollarda özbaşınalıq edənlərə 15 gün küçə süpürtdürmək lazımdır" fikirinə münasibət bildirərkən deyib.
Ekspert deputatının tamamiylə haqlı olduğunu vurğulayıb:
"Hər şey yerində deyilib".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov ödənişli yolda sürət həddini keçənlərin cəzalandırılmasını təklif edib. Deputat "Bundan əlavə, ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa, 15 gün küçə süpürtdürmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur", deyə bildirib.
Azra