Lizinq şirkəti icbari sığortaya görə cərimələnə bilər

İQTİSADİYYAT
20:21 / 19.02.2024
378

“RAİ Avto Lizinq” MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0