“DH Neft Servis Tikinti” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovu sədrliyi ilə baxılacaq.
485.2-ci maddədə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Anar