Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.
Bu barədə İqtisadiyyat.az "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"dən məlumat əldə edib.
Artıq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Belə ki, həmin binalarda qəzalı eyvanlar bərpa olunacaq, dam örtüklərində, çardaqlarında, girişlərində və fasadlarında təmir işləri aparılacaq.