Sahibkar Xankəndidə iş yeri açmaq üçün kömək istəyir

İQTİSADİYYAT
17:49 / 22.02.2024
504

Xankəndi şəhəri, Karl Marks küçəsi ev 32-də qeydiyyatda olan, Gəncə şəhər Müəllimlər İnistutunun Yataqxanasında müvəqqəti məskunlaşan, fərdi sahibkar Səfər Salmanov anadan olduğu şəhərdə iş yeri açmaq istəyir.

HİT.az-a müraciət edən sahibkar bunun üçün ona şərait yaradılmamasından şikayətçidir. Ölkə rəhbərliyinə, iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edən sahibkar qeyd edir ki, 1983-cü ildə Xankəndi şəhərində doğulub: 

"Möhtərəm cənab prezidentin çağrışına əsasən mən də yerli investor olaraq işğaldan azad olunmuş ərazilərə investisya qoymaq istəyirəm. Xankəndindən olduğum üçün doğma şəhərimdə sahibkarlıq fəaliyyəti göstərmək istəyirəm. Bununla bağlı Xankəndi şəhərində olmuşam. Xankəndində olan Əmlak Komitəsinin nümayəndəsi İlkin müəllim adlı şəxsin qəbulunda olmuşam, özünü Zakir müəllim kimi təqdim edən şəxslə də telefonda danışmışam. Onlar mənə bildirdilər ki, Xankəndində olan bütün investisya layihələri alınıbdır. Boş heç nə yoxdur. İnvestisya layihəli əmlaklar satılıbdır. Mən özüm Göygöl rayonunda restoran və otelçilik fəaliyyəti ilə məşğulam. Qalan ömrümü Xankəndində yaşayacağım üçün orada sahibkarlıq fəaliyyəti göstərmək istəyirəm. Lakin Xankəndində fəaliyyət göstərən məmurlar Sizin siyasətinizə tamamilə zidd gedirlər. Mən əslində heç hazır əmlak da istəməmişəm. Demişəm ki, torpaq sahəsi də lap ayırsanız mən ora investisya qoyaram, orada sahibarlıq fəaliyyəti göstərərəm”.

Sahibkar ümid edir ki, müraciəti nəzərə alınacaq. 

Anar

0