Naxçıvanda 3,7 milyon manata nəzərdə tutulan məktəbin tikintisi 4,5 milyon manata başa gələcək.

İQTİSADİYYAT
23:41 / 22.02.2024
355

İqtisadiyyat.az xəbər verir ki, ötən il Naxçıvanın Təhsil Nazirliyi Babək rayonunun Hacıvar kəndində 456 şagird yerlik tam orta məktəbin inşası ilə bağlı tender elan edib.

Həmin ilin sonunda tenderin qalibinin "Construction Business Group" şirkəti olduğu elan olunub və tikinti işləri ilə bağlı nazirliklə şirkət arasında 3.685.447,29 manatlıq müqavilə imzalanıb.

Bu gün elan olunan yeni məlumata görə isə məktəbin tikintisi 4.472.933,03 manata başa gələcək.

Artıq nazirliklə şirkət arasında yeni məbləğin ödənişi ilə bağlı müqavilə də imzalanıb.

0