“İtaldizayn” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması) maddəsi ilə ittiham edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Martın 5-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
462.1-ci maddəyə görə vəzifəli şəxslər 300 manatdan 4000 yüz manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Anar