“Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gömrük qaydalari əleyhinə olan inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəyə görə nə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Azəri Med” QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.
Anar