Sənədsiz evləri sığorta etdirmək olarmı?

İQTİSADİYYAT
20:54 / 28.02.2024
207

Ötən il mənzillərin sığortalanmasına dair qanun qüvvəyə mindi. Hətta bildirildi ki, sənədləri qaydasında olan mənzillər sığortalanmasa, qanunla cərimə tətbiq ediləcək. 

Qəzalardan heç kim sığortalanmayıb. Mənzilin başına bir iş gələrsə, sığorta xidmətindən faydalanıb dəymiş  ziyanın ödənilməsi ən optimal yoldur və vətəndaşa dəstəkdir.

Bəs sənədsiz evlərin sakinləri nə eləsinlər?

"Evimiz zavodun həyətindədir. Ətrafımızdan yüksək gərginlikli elektrik və buxar xətləri keçir. Bir qəza ilə hər şeyimizi itirə bilərik. Evimi sığorta etdirmək istəyirəm, nə edə bilərəm?"

Bu sualla Hit.az-a vətəndaş İdris Həmzəyev müraciət edib. Hit.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkədə hələlik əmlak sığortası mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan şəxslərə şamil edilir.

“Ötən ilin sonlarında Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birgə layihəsinin hazırlandığı bildirildi.Bu layihə qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsini nəzərdə tuturdu. Çünki bakı şəgərində həddindən çox  qanunsuz tikili var. Söhbət  600 mində qədər evdən gedir. Sığortalana bilən evlərin potensial sayı 1 milyondur. 

Bu evlərin qanunla qeydiyyata alınması dövlət büdcəsinə milyonlarla fayda verər. Təəssüf ki, proses çox ləng  gedir.ötən il Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu birləşib , sənədsiz evlərin qeydiyyata alınması və sığortalanması prosesini birgə aparmaq barədə təklif irəli sürüldü. Lakin hələlik ortada gözlə görünən nəticə yoxdur. Ona görə də, sənədsiz evlərin sığortalanması mümkün deyil. Bəlkə də hansısa özəl sığota şirkətinə müraciət etməklə vtəndaş öz problemini həll edə bilər”,- o bildirib.

Murad

0