"Bitcoin"in bahalaşmasının səbəbi BƏLLİ OLDU

İQTİSADİYYAT
13:55 / 29.02.2024
442

"Əslində "Bitcoin" həddindən artıq spekulyativ və riskli kriptovalyutadır". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib. 

O vurğulayıb ki, "Bitcoin"in daxili dəyəri yoxdur:

"Onun sadəcə mübadilə dəyəri var. "Bitcoin"in istehlak dəyəri mövcud deyil. Yəni bitkoin ancaq satıldıqca dəyəri olur. Əgər heç kim almasa, istifadə imkanları və ya dəyəri olmayacaq. Bu da onun riskini daha çox artırır". 

344805

Ekspert son günlərdə "Bitcoin"in kəskin şəkildə bahalaşmasından da danışıb:

"Yanvar ayında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası tərəfindən ETF fondları tərəfindən "Bitcoin"lərin birjada alqı-satqısına icazə verildi. Ümumiyyətlə, həmin ETF fondları portfelində yalnız kriptovalyutada saxlayır. Yeni qərarla da onların kriptovalyuta ticarətində istifadə olunmasına rəsmi icazə verildi. 

Bunun özü də "Bitcoin"in bahalaşması üçün bir impuls oldu. Beləliklə, risk sevən investorlar artıq kriptovalyutanın özünü yox, onun ETF-ni almağına imkan yarandı. Bu da öz növbəsində "Bitcoin"ə marağı artırır. Sözügedən qərarın ardından "Bitcoin"in qiyməti artmağa davam edir". 

Pərviz

0