Hacıqabul gölü bərpa edilir? - VİDEO

16:56 / 03.03.2024
617

Bir neçə ildir ki, ölkənin ən böyük təbii göllərindən olan Hacıqabul gölü quruyub. Xüsusən də payız-qış fəsilində göldə yalnız intensiv yağışdan sonra bir az su olur. Əvvələr isə göl ilin bütün fəsilində bolsulu olurdu.

Mövzuya münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov bildirib ki, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində komitə üzvlərindən ibarət komissiya yaradılıb.

Deputat deyib ki, gölün bərpası istiqamətində komisiyya üzvləri tərəfindən təkliflər hazırlanıb və hökumətə təhvil verilib.

İltizam Yusifov onu da əlavə edib ki, ümumiyyətlə, ekologiya və ətraf mühitin qorunması dövlətin piroritetlərindən biridir.

0