“Day Fort” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslərin isə min beş yuz manat məbləğində cərimə edilir.
Anar