Abad olmamış Abbasabad sakinlərinin avtobus dərdi

İQTİSADİYYAT
21:24 / 05.03.2024
428

Bakı şəhəri Xətai rayonunun Abbasabad küçəsinin sakinləri nəqliyyat problemi yaşayır. 

Küçə sakinlərinin Hİt.az-a ünvanladığı şikayətdə bildirilir ki, Abbasabad küçəsinində yaşayan 4 mindən çox sakin küçədən  ana yola çıxmaq üçün ən az 1 kilometr piyada getməli olurlar.

“Əvvəllər bizim küçəyə 57 saylı marşrut işləyirdi.  Gediş-gəliş rahat idi. İndi bu yolu getmək üçün əlimizdə yük piyada çıxmalı oluruq. Avtomobili olmayanlar üçün bu küçədə həyat çox çətindir”,- deyə onlar bildiriblər.

Bakı Nəqliyyat Agentliyindən HİT.az-ın sualına cavab olaraq bildirilib ki, yaxın müddətdə Abbasabad küçəsinə hansısa nəqliyyat  vasitəsinin ayrılması planlaşdırılmayıb.

Belə çıxır ki, küçə sakinləri hələ bir xeyli də öz dilləri ilə desək 11 nömrədən istifadə edəcəklər, yəni bu uzun yolları piyada yeriməli olacaqlar.

Halbuki özəl daşıyıcı şirkətlər üçün  bu küçəyə marşrut təyin eləmək sərfəli olardı.Çünki sıx əhaliyə sahib olan küçədən hər gün yüzlərlə insan məktəbə və işə gedib-gəlir.

Murad

0