“Azneftmaşservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə ittiham edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
266.2-ci maddəyə görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Anar