“Butatelecom.az” rabitə qaydalarını pozub?

İQTİSADİYYAT
19:50 / 07.03.2024
304

“Butatelecom.az” MMC cərimələnə bilər. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci (Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsi) maddəsi ilə inzibati iş başlanıb. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 

370-2.1-ci maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Anar

0